Milli Kitabxanada Gənclər Günü münasibətilə virtual sərgi təşkil edilib...

2 fevral – Azərbaycan Gənclər Günü münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.

<Milli Kitabxanada Gənclər Günü münasibətilə virtual sərgi təşkil edilib...

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, mövzu haqqında kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.

Qeyd edək ki, 2 fevral – Azərbaycan Gənclər Günüdür. Bu tarixin Gənclər Günü kimi seçilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən gənclərin birinci forumunda Heydər Əliyev gənclərimiz qarşısında tarixi bir vəzifə qoyaraq demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.