Martın 22-də Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.....

Azərbaycanda martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Martın 22-də Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin xəbərdarlığına görə martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18, arabir 20 metr olacağı gözlənilir. Martın 23-ü gündüzdən 24-ü səhərədək isə cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza görə, martın 22-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Martın 22-də Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 9-12° isti olacağı bildirilir.

Xəbərdarlığa əsasən, martın 22-si şimal və qərb rayonlarında, martın 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcək.