Martın 14-nə gözlənilən hava proqnozu.....

Azərbaycanda martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Martın 14-nə gözlənilən hava proqnozu.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-15° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.