Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq elmi konqresdə məruzə edib.....

Beynəlxalq Elmlər Akademiyası (UBAK) tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Aralıq dənizi 4-cü Beynəlxalq tətbiqi elmlər konqresi keçirilib. Onlayn tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin böyük laborantı Hikmət Rzazadə məruzə ilə çıxış edib.

<Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq elmi konqresdə məruzə edib.....

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, H.Rzazadənin təqdim etdiyi “Nəsrəddin şah Qacar və Müzəffərəddin şah Qacarın Avropa səfərlərindən bəhs edən farsca əski çap kitabları” adlı məruzə böyük maraqla qarşılanıb.

Tədbirin sonunda ölkəmizi tədbirdə təmsil edən institutun gənc mütəxəssisi beynəlxalq elmi konqresin sertifikatı ilə mükafatlandırılıb.