İtaliya İmola Qran-Prisini Formula 1 təqvimində saxlamaq istəyir.....

İmoladakı iki uğurlu yarışdan sonra Qran-Prinin təşkilatçıları mərhələnin Formula 1 təqvimində qalmasını və gələn ildən etibarən tamaşaçılarla keçirilməsini istəyirlər.

<İtaliya İmola Qran-Prisini Formula 1 təqvimində saxlamaq istəyir.....

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, keçən həftə sonu İtaliyanın xarici işlər naziri Luici Di Mayo Formula 1 prezidenti Stefano Domenikali ilə danışıqlar aparıb. Nazir Luici Di Mayo İmola Qran-Prisinin möhtəşəm idman hadisəsi və İtaliya məhsullarının dünya arenasında tanıdılması üçün ideal bir platforma olduğunu bildirib.

O qeyd edib ki, bu il keçirilmiş son yarışa azarkeşlər qatılmasa da, gələn il tamaşaçıların tribunalara qayıdacaqlarına ümid edirlər.