Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabil aşağıdır.....

Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabil aşağıdır.

<Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabil aşağıdır.....

AZƏRTAC xəbər verir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, həmin vəziyyət bütün Xəzəryanı ölkələrin akvatoriyalarında müşahidə olunur: “1990-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq ovlanırdısa, 2005-ci ildən sonra həmin rəqəm 1000 ton civarında olub. Sovet dövrü başa çatdıqdan sonra Xəzər dənizində qeyri-qanuni balıq ovu daha çox qeydə alınırdı. 2011-ci ildən isə Xəzəryanı ölkələr tərəfindən nərə balıqlarının kommersiya ovuna moratorium tətbiq edilib.

M. Axundov qeyd edib ki, hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması, qorunması istiqamətində Türkmənistan istisna olmaqla Xəzəryanı ölkələrdə nərə balıqartırma zavodları fəaliyyət göstərir: “Əgər həmin fəaliyyət olmasa idi, Xəzər dənizində nərə balıqlarının populyasiyasının qorunması təmin oluna bilməzdi. Süni balıqartırma ilə növün populyasiyasının qorunmasına və saxlanılmasına nail olunur. Populyasiyanın demək olar ki, 99 faizi məhz nərə balıqartırma zavodlarının fəaliyyəti nəticəsində formalaşır. Bunda əlavə, təbii balıqartırma prosesi də var. Bu da Ural çayının Qazaxıstandan keçən hissəsində baş verir. Çünki həmin çayda su elektrik bəndləri yoxdur. Keçən əsrin ortalarından su elektrik bəndlərinin tikilməsi balıqların çaylara daxil olub kürütökmə və təbii çoxalma prosesinə də mənfi təsir göstərir”.