Havada toz dumanı müşahidə olunur.....

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bu gün səhər saatlarında Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

<Havada toz dumanı müşahidə olunur.....

Xidmətdən bildiriblər ki, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.