Hava şəraiti ilə əlaqədar əsas avtomobil yollarındakı mövcud vəziyyət açıqlanıb.....

Martın 12-nə hava şəraiti ilə əlaqədar olaraq respublikanın əsas avtomobil yollarındakı mövcud vəziyyət açıqlanıb.

<Hava şəraiti ilə əlaqədar əsas avtomobil yollarındakı mövcud vəziyyət açıqlanıb.....

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrutboyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir. Xınalıq istiqamətində yolboyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

Giləzi–Xızı yolunda marşrutboyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər görülür, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilməsi işləri həyata keçirilir.

Bakı-Qobustan yolunda güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 santimetr qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 kilometr hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənərək qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan-Şamaxı-Muğanlı yolunda qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 santimetr qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı-Ağsu–Yevlax yolunda qar yağır, yolun Muğanlı-Ağsu hissəsində 5-6 santimetr qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.

Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul–Ucar–Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax–Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun Gəncə-Qazax hissəsində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənərək qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı–İsmayıllı yolunda qar yağır, qarın qalınlığı 15-20 santimetr arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolun maillik çox olan yerlərində, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 santimetr qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 santimetr qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Şəki–Qax–Zaqatala–Gürcüstan ilə dövlət sərhədi yolunda qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.

Yevlax–Şəki (Göybulaq) yolunda və Şəki rayonu ərazisində qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda və Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy yolunda marşrutboyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər görülür, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığının səpilməsi işləri həyata keçirilir.

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul–Bəhrəmtəpə–Horadiz yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.