Gürcüstanda zəlzələ olub.....

Aprelin 18-də gecə saatlarında Gürcüstanın şimalında zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 4,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 00:46-da Gürcüstanın Kobi rayonu ərazisində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

<Gürcüstanda zəlzələ olub.....