Gürcüstanda koronavirusa sutkalıq yoluxmada antirekord qeydə alınıb.....

Gürcüstanda koronavirusa yoluxma ilə əlaqədar yeni antirekord qeydə alınıb. Son sutka ərzində ölkədə daha 1 792 nəfərdə koronavirus təsdiqlənib.

<Gürcüstanda koronavirusa sutkalıq yoluxmada antirekord qeydə alınıb.....

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 297 min 728 nəfərə çatıb. Onlardan 282 237 nəfəri isə tam olaraq sağalıb.

Pandemiya qurbanlarının sayı da daha 10 fakt artaraq 3959-a çatıb.

Hazırda ölkə üzrə karantin rejimində 308, stasionar nəzarətdə 3270, nəfər var. Daha 513 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Qeyd edək ki, aprelin 19-da Gürcüstanda 578 yoluxma halı qeydə alınmışdı.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi