Gürcüstan Azərbaycandan neft idxalını artırıb.....

Cari ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 20 milyon 109,5 min ABŞ dolları dəyərində 42 min 970,4 ton neft idxal edib.

<Gürcüstan Azərbaycandan neft idxalını artırıb.....

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan ixrac edilən məhsulun dəyəri illik ifadədə 2,2 dəfə və ya 10 milyon 764,7 min dollar, həcmi isə 19 min 425,5 ton və ya 82,5 faiz çoxdur.

Qeyd olunub ki, 2020-ci ilin birinci rübündə Gürcüstan Azərbaycandan 9 milyon 344,8 min dollar dəyərində 23 min 544,9 ton neft idxal edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi