Güclü yanğın səbəbindən Keyptaun yaxınlığında təxliyə başlanılıb.....

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaun yaxınlığında baş verən güclü yanğın səbəbindən şəhərətrafı ərazilərdə yaşayan insanlar təxliyə olunur.

<Güclü yanğın səbəbindən Keyptaun yaxınlığında təxliyə başlanılıb.....

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hakimiyyət orqanları yanğını törətməkdə şübhəli bilinən şəxsi həbs edib. Şəhər rəhbərliyinin Twitter şəbəkəsində yaydığı məlumata əsasən, alov şəhərkənarı rayonlara keçdiyi üçün təhlükəli ərazilərdə təxliyə işləri başlanılıb.

CAR-ın polis xidməti yanğının bilərəkdən törədildiyini güman edir. Yerli sakinlər üç nəfərin həmin ərazilərdə tonqal qaladığının şahidi olub. Polis 35 yaşlı şübhəlini saxlayıb, digər iki nəfər isə həbsdən yayına bilib.

Aprelin 18-də səhər saatlarında başlayan yanğın artıq “Rhodes Memorial” restoranını, XVII əsrə aid dəyirmanı və bir neçə tarixi binanı məhv edib. İnsident səbəbindən Keyptaun Universitetində dərslər dayandırılıb. 250 yanğınsöndürənin cəlb edilməsinə baxmayaraq, hələ ki, yanğını söndürmək mümkün olmayıb.