Gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.....

Azərbaycanda martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.