Frappi Karlo: Azərbaycan doğru addımlar atır və çox düzgün mesajlar verir.....

Azərbaycan doğru addımlar atır və çox düzgün mesajlar verir. Azərbaycanın bundan sonra da müsbət mesajlar ünvanlaması çox vacibdir.

Hər iki ölkə eyni regionda yaşayır və burada davamlı sülhün bərqərar olması təkcə sizlər üçün deyil, bizim üçün də – avropalılar üçün də çox vacibdir. Düşünürəm ki, Azərbaycanın son həftələrdə atdığı addımlar və göndərdiyi müsbət mesaj budur - “Biz bir yerdə yaşaya bilərik və biz bir yerdə yaşamalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı İtaliyanın Ca 'Foscari Universitetinin professoru Frappi Karlo deyib.