Elmi seminar: Rumın dilinin Bakıda tədrisi mədəni diplomatiyanın nümunəsi kimi.....

Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin, Fəlsəfə və siyasi elmlər departamentinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün növbəti virtual elmi seminar keçirilib.

<Elmi seminar: Rumın dilinin Bakıda tədrisi mədəni diplomatiyanın nümunəsi kimi.....

Universitetdən AZƏRTAC-a bildirilib ki, təqdimat Azərbaycan Dillər Universiteti Xarici dillər departamentinin əməkdaşı İozefina Blazsani-Batto tərəfindən “Rumın dilinin Bakıda tədrisi mədəni diplomatiyanın nümunəsi kimi” mövzusunda olub.

Blazsani-Batto ölkələrarası mədəni diplomatiya, onun necə həyata keçirilməsi, həmçinin Azərbaycan Dillər Universitetində yaradılmış Rumın dili və Mədəniyyəti Mərkəzinin gördüyü işlər, sərgilər, reallaşdırılmış layihələr və mübadilə proqramları haqqında məlumat verib.

Sonda Blazsani-Batto mövzu ilə bağlı sualları cavablandırıb.

Qeyd edək ki, tədbirə Xəzər Universitetinin tələbə və əməkdaşları ilə yanaşı, Azərbaycanın digər ali məktəblərindən, eləcə də Türkiyə, Rumıniya, Çexiya və Moldovadan iştirakçılar qoşulub.