Dünya birinciliyi: Daha bir boksçumuz yarışa qələbə ilə başlayıb.....

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

<Dünya birinciliyi: Daha bir boksçumuz yarışa qələbə ilə başlayıb.....

AZƏRTAC xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz onaltıdabir final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

O, səkkizdəbir final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.

Digər boksçularımız Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Əzrək Bəbirovla (56 kq) Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.

Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.