Dünya birinciliyi: Boksçumuz yarımfinalda Rusiya təmsilçisi ilə qarşılaşacaq.....

Bu gün Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal görüşləri keçiriləcək.

<Dünya birinciliyi: Boksçumuz yarımfinalda Rusiya təmsilçisi ilə qarşılaşacaq.....

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov (49 kq) finala vəsiqə uğrunda rusiyalı Robert Bədəlyanla mübarizə aparacaq. N.Hüseynov səkkizdəbir final qarşılaşmasında Allan Morozovu (Estoniya), dörddəbir final görüşündə isə macarıstanlı Levent Eqedusu məğlub edib. İdmançımız yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Azərbaycanın 9 təmsilçisinin qatıldığı dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.