Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə aprelin 11-də keçiriləcək test imtahanına qeydiyyat başa çatır.....

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 11-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.

<Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə aprelin 11-də keçiriləcək test imtahanına qeydiyyat başa çatır.....

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat aprelin 1-də saat 18:00-dək aparılacaq. İmtahanların başlanma saatı və yeri barədə məlumat 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Namizədlərin qeydiyyatdan keçməzdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün DİM-in saytında verilən linklərə daxil olmaq tövsiyə edilir.