”Debat nədir” mövzusunda onlayn seminar keçirilib.....

Azərbaycan İdman Könüllüləri (AİK) İctimai Birliyi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə "Debat nədir?" mövzusunda onlayn seminar keçirilib.

<”Debat nədir” mövzusunda onlayn seminar keçirilib.....

AİK-dən AZƏRTAC-a bildiriblər ki, seminarda Aysel Sadıqlı debat və onun növləri haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, debat bizə fikirlərimizi aydın, dəqiq və real ifadə etməkdə kömək edir. Aysel Sadıqlı oyundakı mərhələlər, spikerlərin çıxış vaxtları və vəzifə öhdəlikləri, müzakirədə istifadə olunan metodlar, debatda seçilən mövzuların meyarlarından danışıb, debatın prinsiplərinin vacibliyini vurğulayıb.

Seminarın sonunda könüllülər özünəinamın qiymətləndirilməsi ilə bağlı test suallarına cavab verib və testin nəticəsi müzakirə olunub.