Ədəbiyyatşünas alim Tehran Mustafayevin biobiblioqrafik göstəricisi çapdan çıxıb.....

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Tehran Mustafayevin biobiblioqrafik göstəricisi “Elm” nəşriyyatında çap olunub.

<Ədəbiyyatşünas alim Tehran Mustafayevin biobiblioqrafik göstəricisi çapdan çıxıb.....

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çap olunan biobiblioqrafik göstərici AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Mustafayevin 60 illiyinə həsr edilib. Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, ixtisas redaktoru Sevil Zülfüqarova, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi Afət Məmmədovadır.

Biobiblioqrafik göstərici Tehran Mustafayevin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir.