Ədəbiyyat Muzeyində Bakı məktəbliləri ilə virtual görüş.....

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları ilə Bakı şəhəri 260 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş virtual görüş keçirilib.

<Ədəbiyyat Muzeyində Bakı məktəbliləri ilə virtual görüş.....

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən məktəbin direktoru Kəmalə Quliyeva böyük söz ustadının zəngin elm və hikmət xəzinəsi olan yaradıcılığının müasir gəncliyin yetişdirilməsindəki əhəmiyyətindən danışıb.

Ədəbiyyat Muzeyinin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu 80 yaşlı qocaman muzeyin Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatının təbliğatçısı olmaq missiyasından bəhs edib. Bildirib ki, muzeyin hələ XIX əsrin sonlarından karvansara, “Metropol” mehmanxanası kimi məlum olan memarlıq binası əsrin müxtəlif təlatümlərinə sinə gərərək XX əsrdə də öz əzəmətini qoruya bilib, 1945-ci ildən dahi Nizaminin məktəbi və irsini tanıdan elm, mədəniyyət ocağına çevrilib.

Nəzmiyyə Yigitoğlu qeyd edib ki, Azərbaycan torpaqlarının düşmən istilasından qurtulması Zəfəri həyatımızın ən müxtəlif sahələri kimi, Nizami Muzeyinin ekspozisiya və ekskursiyalarının mövzusuna da öz təsirini göstərib. Belə ki, muzeyin Azıx mağarası, Qarabağ xanlığı, Molla Pənah Vaqif məqbərəsi, Xurşidbanu Natəvanın ev-muzeyi haqqında məlumat çatdıran eksponatları bu vaxta qədər hüznlü notlarla təqdim olunurdusa, bundan sonrakı ekskursiyalarda tariximizin həmin səhifələri indi Qələbə, dirçəliş, quruculuq soraqlı yeniliklərlə diqqətə çatdırılır.