Daha iki güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.....

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

<Daha iki güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.....

AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə daha iki sərbəst güləşçimiz turnirin yarımfinal mərhələsinə adlayıb.

Millimizin üzvü Əfqan Xaşalov (57 kq) startda Yannis Martidisə (Yunanıstan) qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Rumıniyalı Razvan Kovaçsdən üstün olan güləşçimiz yarımfinala yüksəlib. Güləşçimizin növbəti rəqibi rusiyalı Naçın Monquş olacaq.

Turnirdə 79 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Rəşad Yusifli polşalı Andrey Sokalski, Bolqarıstan təmsilçisi Oktay Hasan və Belarus güləşçisi Andrey Karpaçı məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Millimizin üzvü Əli Rəhimzadə də yarımfinala vəsiqə qazanıb və onun rəqibi Zaqir Şaxiyev (Rusiya) olacaq.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyur.