Cüdo üzrə Avropa çempionatının ikinci günündə iki idmançımız mübarizəyə qoşulacaq.....

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

<Cüdo üzrə Avropa çempionatının ikinci günündə iki idmançımız mübarizəyə qoşulacaq.....

AZƏRTAC xəbər verir ki, “Tokio-2020”yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulacaq. Kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrak, Hidayət Heydərov almaniyalı Niklas Bloxla ilk qarşılaşmalarını keçirəcəklər.

Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.