Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb.....

Yanvar-mart aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 9 milyard 811 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,8 faiz artım müşahidə olunub.

<Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb.....

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, birinci rübdə qaz nəqlinin 46,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 milyard 539,8 milyon kubmetr təbii qaz ixrac edilib.