“Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.....

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.

<“Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.....

AZƏRTAC xəbər verir ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.

“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin nəticələri:

Akvarel sənəti üzrə qaliblər:

I yer - Hafiz Kərimov

II yer - Fatma Kılıç

III yer - Feyzi Məmmədov

Qrafika sənəti üzrə qaliblər:

I yer - Elmir Məmmədov

II yer - Günel Quliyeva

III yer - Əbülfəz Fərəcoğlu

Mükafatlandırma fondu:

I yer – 350 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

II yer – 200manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

III yer –100 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

Həvəsləndirici mükafata isə 5 nəfər layiq görülüb.

Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq. Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulub. Qaliblər diplom, nümayiş olunan əsərlərin müəllifləri sertifikat ilə təltif ediləcəklər.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.