Bundesliqa klubunun məşqçilər heyəti karantinə göndərilib.....

Almaniyanın “Herta” komandasının baş məşqçisi Pal Dardainin koronavirus testi müsbət çıxıb.

<Bundesliqa klubunun məşqçilər heyəti karantinə göndərilib.....

AZƏRTAC xəbər verir ki, 45 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Admir Hamzagiç və hücumçu Dodi Lukebakioda da infeksiya aşkarlanıb.

Hər üç şəxs xəstəliyi simptomsuz keçirsə də, karantinə alınıb. Dardainin digər köməkçisi Andreas Noyendorf da komandadan təcrid edilib.

Baş məşqçi sağalanadək onun səlahiyyətlərini idman direktoru Arne Fridrix yerinə yetirəcək.