Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar - hündürlüyü 2,2 metr, həcmi 250 litrdir Lahıcdan reportaj.....

Qədim misgərlik sənəti İsmayıllının Lahıc qəsəbəsində bu günə kimi qorunub saxlanılır.

Lahıcın küçələrini dolaşdıqca misgərlik emalatxanaları və çəkic sədaları bura üz tutan insanlara xüsüsi zövq verir. Bu sənəti yaşadan adlı-sanlı sənətkarlardan biri də Kəbleyi Əliyevdir. Usta digər misgərlərlə birlikdə nəhəng samovar hazırlayıb. Bu, Lahıc misgərlik sənəti tarixində bir ilk hesab edilir.