Bu gün Özbəkistanda koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb.....

Bu gün Özbəkistanda COVID-19 virusuna qarşı kütləvi vaksinasiya başlayıb.

<Bu gün Özbəkistanda koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb.....

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əhalini vaksinasiya etmək üçün indiyədək Daşkənd şəhəri, Qaraqalpaq Respublikası və bütün vilayətlərdə ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.

Birinci növbədə vaksin yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulacaq.

Məlumatda qeyd edilir ki, Özbəkistan vaksin üzrə qlobal COVAX proqramı vasitəsilə artıq 660 min doza “AstraZeneca”, Özbəkistanın da həmmüəllifi olduğu 1 milyon doza ZF-UZ-VAK2001 vaksini gətirilib. May-iyun aylarında isə ölkəyə 2 milyon doza “AstraZeneca”, 3,5 milyon doza ZF-UZ-VAK2001 vaksinləri çatdırılacaq.

Bu ilin sonunadək 4 milyon nəfər və ya əhalinin 20 faizinin peyvənd olunması nəzərdə tutulur.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd