Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.....

Aprelin 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.

<Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9 min 860, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 467 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.