“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi üçün əsərlərin qəbulu davam edir.....

Torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr edilmiş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaq.

<“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi üçün əsərlərin qəbulu davam edir.....

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə [email protected] elektron-poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.