BDU-da “Qarabağ Azərbaycandır!” adlı tədbir....

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə Biologiya fakültəsində 44 günlük Vətən müharibəsinin Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib.

<BDU-da “Qarabağ Azərbaycandır!” adlı tədbir....

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhid ailələrinin üzvləri - general Polad Həşimovun bacısı Kəmalə Həşimova, Cəbrayıl Dövlətzadənin xalası oğlu Cavid Hacılı, Xudayar Yusifzadənin anası Radə Qurbanova və Nicat Tarıverdiyevin anası Şükran Faruk qızı, qazilərimiz - baş leytenant Namiq Seyfəddinli, əsgər könüllü Turan Hüseynli və Aprel döyüşlərinin iştirakçısı Afiyəddin Əliyev iştirak edib. Qonaqlar çıxışlarında tədbir iştirakçılarını parlaq qələbə münasibətilə təbrik edib, əsgərlərimizin qəhrəmanlığından, Vətən sevgisindən, göstərdikləri rəşadətdən danışıblar.

Biologiya fakültəsinin THİK sədri Əbülfət İsmayılov və sədr müavini Sevinc Mirzəyeva Azərbaycan Ordusunun zəfər yürüşünün, Qarabağın işğaldan tam azad edilməsinin, uzun illər düyünə düşmüş münaqişənin uğurla və ədalətlə həll edilməsinin əhəmiyyəti haqqında məlumat veriblər.