BDU-da elmi seminar: Azərbaycan ədəbiyyatında Nizami ənənələri.....

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda onlayn elmi seminar keçirilib.

<BDU-da elmi seminar: Azərbaycan ədəbiyyatında Nizami ənənələri.....

BDU-dan AZƏRTAC-a bildirilib ki, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə “Nizami İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib, seminarın mövzusunun əhəmiyyətindən danışıb.

Professor Sənan İbrahimov “Şərq ədəbiyyatında Nizami ənənələri”, dosent Lalə Əliyeva “Nizami Gəncəvi: sələflər və xələflər”, dosent Sevinc Qocayeva “Nizami ideyaları Orta əsrlər Azərbaycan ədəbiyyatında”, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Nizami Qərb araşdırmalarında”, Türkiyənin Səlcuq Universitetinin doktorantı Fəridə Cəfərova “Nizaminin “Yeddi gözəl” əsərində astroloji ünsürlər”, fakültənin III kurs tələbəsi Arif Vəliyev isə “Nizami yaradıcılığında musiqi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə kafedranın magistrantları Aytən Şamilova və Gülay Tahirli N.Gəncəvinin qəzəllərini səsləndiriblər.

Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Nizami irsinin öyrənilməsi və təbliğinin aktuallığından danışıb, dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, beynəlxalq elmi konfransın keçiriləcəyini vurğulayıb, məruzəçilərə təşəkkürünü bildirib.