BDU-da beynəlxalq elmi konfrans: Biologiyada elmi nailiyyətlər və çağırışlar.....

Bakı Dövlət Universitetində (BDU) “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda X Beynəlxalq onlayn elmi konfrans keçirilib.

<BDU-da beynəlxalq elmi konfrans: Biologiyada elmi nailiyyətlər və çağırışlar.....

Universitetdən AZƏRTAC-a bildirilib ki, plenar iclası giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru professor Hüseyn Məmmədov açaraq konfransın işinə uğurlar arzu edib.

Beynəlxalq konfransda BDU-nun Genetika kafedrasının doktorantı Şadər Əlizadə “Coğrafi uzaq pambıq genotiplərinin vilt xəstəliyinə davamlılığının tədqiqi”, II İohan Paul adına Lüblin Katolik Universitetinin, İvan Franko adına Drohobiç Dövlət Pedaqoji Universitetinin professoru Taras Kavetski “Yeni polimer matrisalar və nanodaşıyıcılar əsasında hazırlanmış yüksək həssaslığa malik olan amperometrik fermentlərin ekoloji önəmi”, Moskva Dövlət Pedaqoji Universitetinin Perspektivli Tədqiqatlar İnstitutunun baş elmi işçisi, professor Renad Jdanov “Uzunömürlülük: yaşlanmaya qarşı tövsiyələr”, Ukrayna-Azərbaycan Beynəlxalq Nanobiotexnoloji və Funksional Nanosistemlərin Tədqiqat və Təhsil Mərkəzinin əməkdaşı, professor Əziz Eftexari “COVID-19 üçün yeni sensor texnologiyalar”, BDU-nun Biofizika və biokimya kafedrasının doktorantı Günay Günəşova “Azərbaycanın Kəlbəcər və Salyan bölgələrindəki bəzi termal sulardan təcrid olunmuş termofil bakteriyaların tədqiqi” mövzusunda çıxış ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.