“Barselona” 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.....

Aprelin 17-də futbol üzrə İspaniya Kral Kubokunun final görüşü keçirilib.

<“Barselona” 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.....

AZƏRTAC xəbər verir ki, turnirin həlledici matçında “Barselona” və “Atletik Bilbao” klubları üz-üzə gəlib. “Estadio de-la Kartuxa” stadionunda baş tutan görüş “Barselona”nın inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, oyunda dörd qol ikinci hissədə vurulub. Kataloniya təmsilçisinin heyətində Antuan Qrizman, Frenki De Yonq və Lionel Messi (2) fərqləniblər.

Beləliklə, “Barselona” tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.