Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 35 metrə çatıb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 7-si saat 13:00-a verdiyi məlumata əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Hazırda güclü şimal-qərb küləyi əsir.

<Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 35 metrə çatıb.....

Xidmətdən bildiriblər ki, küləyin maksimal sürəti Tərtərdə 25, Naftalanda 23, Nabran, Quba, Neftçala, Xaçmazda 20, Balakəndə 18, Ağdamda 16, Şəkidə 15, Abşeron yarımadası və Bakıda 35, Sumqayıt, Maştağada 30, Neft Daşlarında, Pirallahıda 28, Qum adasında 27, Ələt, Binədə 24 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb.