Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz qar yağacağı gözlənilir.....

Azərbaycanda martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz qar yağacağı gözlənilir.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Martın 12-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə və gündüz 1-5° isti, dağlarda gecə 4-8°, yüksək dağlıq ərazilərdə 10-12°, gündüz 0-4° şaxta olacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı hava şəraiti və temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.