Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 1807 müraciət daxil olub.....

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 807 müraciət daxil olub.

<Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 1807 müraciət daxil olub.....

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 770 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 695 sənəd (vətəndaşlar tərəfindən 149 ərizə, Təhsil Nazirliyindən 109, digər qurumlardan 156, məktəblərdən 182 məktub, 43 strukturdaxili yazışma və 56 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 342 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.