Azərbaycanlı alimlərin şəkərli diabet mövzusundakı tədqiqatı Sürixdə keçirilən konqresdə təqdim olunub.....

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, tibb elmləri doktoru Valeh Mirzəzadənin rəhbərliyi altında “2-ci növ şəkərli diabet və prediabet zamanı B12 vitamin çatışmazlığı” tədqiqat işi uğurla yerinə yetirilib.

<Azərbaycanlı alimlərin şəkərli diabet mövzusundakı tədqiqatı Sürixdə keçirilən konqresdə təqdim olunub.....

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan tədqiqata dair hazırlanmış məlumat İsveçrənin Sürix şəhərində keçirilən konqresdə onlayn şəkildə təqdim olunub.

Təqdimat kafedranın assistenti Aygün Hüseynova tərəfindən aparılıb.