Azərbaycanın 4 boksçusu dünya birinciliyinin dörddəbir final mərhələsində mübarizə aparacaq.....

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

<Azərbaycanın 4 boksçusu dünya birinciliyinin dörddəbir final mərhələsində mübarizə aparacaq.....

AZƏRTAC xəbər verir ki, bu gün dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Boksçularımız Nicat Hüseynov (49 kq) macarıstanlı Levent Eqedus, Əli Zamanov (52 kq) rusiyalı Yevgeni Jorov, Əzrək Bəbirov (56 kq) Aleksey Şendrix, (Rusiya), Murad Allahverdiyev (81 kq) isə ukraynalı Denis Şalabay ilə üz-üzə gələcəklər.

Azərbaycanın 9 təmsilçisinin mübarizə apardığı dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.