“Azərbaycanım” uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.....

“Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini, rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı insanlara aşılamaq məqsədilə reallaşan “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində təşkil edilən müsabiqəyə qeydiyyat başa çatıb.

<“Azərbaycanım” uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.....

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Seçim 3 yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaşarası) üzrə keçirilib və hər 3 yaş kateqoriyası üzrə ayrıca sərgi təşkil ediləcək.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

Tədbir COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə, onlayn davam etdiriləcək.