Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 325 mini ötüb.....

Aprelin 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 711 doza vaksin vurulub.

<Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 325 mini ötüb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20 min 18, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 693 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 325 min 34-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 879 min 356, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 445 min 678 nəfərdir.