Azərbaycanda koronavirusa 995 yeni yoluxma faktı qeydə alınıb.....

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1136 nəfər müalicə olunaraq sağalıb, 995 yeni yoluxma faktı qeydə alınıb.

<Azərbaycanda koronavirusa 995 yeni yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 301 min 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 265 min 539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib. Aktiv xəstə sayı 31953 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 114 min 879 test aparılıb. Bugünkü test sayı isə 5955-dir.