Azərbaycanda 25 marşrut üzrə qarölçmə işləri aparılacaq.....

“Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq”.

<Azərbaycanda 25 marşrut üzrə qarölçmə işləri aparılacaq.....

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, qarölçmə işləri 4 istiqamətdə aparılacaq: “İşlər 25 marşrut üzrə olacaq. Qarölçmə zamanı qarın hündürlüyü, sıxlığı, çəkisi və sululuğu müəyyən edilir”.

Onun sözlərinə görə, qarölçmə işləri martın birinci yarısında yekunlaşacaq, sonra gursululuq dövrünün proqnozu hazırlanacaq.

Əsmər Qabil