Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında altıncı olub.....

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında altıncı olub.

<Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında altıncı olub.....

Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançimiz 68 triatlonçunun mübarizə apardığı yarışı 49 dəqiqə 42 saniyəlik nəticə ilə başa vurub.

R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 35 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 13 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.

Hazırda Azərbaycan təmsilçisi “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Avropa kuboku müəyyən mənada Olimpiya Oyunlarına hazırlıq olub.