Azərbaycan batutçuları “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.....

Batut gimnastikası üzrə onlayn keçirilmiş “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirin qalibləri müəyyənləşib.

<Azərbaycan batutçuları “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.....

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi 11-12 yaş qrupunda Ammar Baxşalıyev, 13-14 yaş qrupunda Maqsud Mahsudov və Hüseyn Abbasov, böyüklər arasında isə Selcan Mahsudova təmsil ediblər.

Perspektivli batutçularımız 20 ölkədən 300-dən çox idmançının iştirak etdiyi bu turnirdən tam bir medal dəstini qazanıblar. Belə ki, A.Baxşalıyev birinciliyi əldən verməyib. 13-14 yaşlı gimnastlar arasındakı təmsilçilərimiz – M.Mahsudov və H.Abbasov müvafiq olaraq 1 və 2-ci yerləri öz aralarında bölüşdürüblər. Böyüklər arasında çıxış edən gimnastımız S.Mahsudov da komanda yoldaşlarından geri qalmayıb. O, bu yarışda üçüncü olub.