Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib.....

Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib.

<Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib.....

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklərlə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən Erasmus+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.

Onlayn vebinarda 20-yə yaxın ali təhsil müəssisəsindən 80-nə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında təqdimat nümayiş edilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.