Atlantik okeanında temperaturun yüksəlməsi qasırğaların çoxalmasına səbəb olur.....

Yeni tədqiqatlar göstərir ki, subtropik Atlantika regionunda okeanın temperaturunun yüksəlməsi səbəbindən Bermud ətrafında qasırğa küləklərinin maksimal sürəti son 60 il ərzində orta hesabla iki dəfə artıb.

<Atlantik okeanında temperaturun yüksəlməsi qasırğaların çoxalmasına səbəb olur.....

Qasırğalar okeanın isti səthinin enerjisi hesabına, hava-dəniz istiqamətindəki istilik axınları vasitəsilə güclənir və buna görə də daha isti okean daha güclü qasırğalara gətirib çıxarır.

AZƏRTAC “Haytek” saytına istinadla xəbər verir ki, qasırğaların yaratdığı küləyin sürətinin proqnozunun yaxşılaşdırılması qasırğaya qədərki reaksiyanın düzgün səviyyəsini müəyyənləşdirməyə kömək edəcək və Bermud adalarına dəyəcək zərəri xeyli məhdudlaşdıracaq.

1955 və 2019-cu illər ərəfəsində Bermud adaları yaxınlığında maksimum külək sürəti ilə ölçülən qasırğaların orta intensivliyi saatda 56 kilometrdən 117 kilometrədək yüksəlib ki, bu da 10 illik səviyyəyə nisbətdə saatda 9,6 kilometrdən yüksək sürətə bərabərdir. Eyni zamanda, regionda dəniz səthində və dənizin içində temperatur 1,1°C artıb ki, bu da qasırğaları əlavə enerji ilə təmin edərək onları gücləndirir.

Tədqiqat prosesində həmçinin 50 metrlik yuxarı qatdakı səthin orta temperaturundan istifadə edilərək okeanın Bermud adalarından keçən hissəsində qasırğaların intensivliyinin proqnozlaşdıran qurğu işlənib hazırlanıb.

Alimlər son 65 il ərzində (birbaşa toqquşmalar və yan keçən fırtınalar da daxil olmaqla) Bermud adalarının 100 kilometrliyindən keçən qasırğaları zondlaşdırma və yerli səviyyədə meteozondlaşdırma üsulu ilə, okeanın üzərində və onun yuxarı qatındakı qasırğalara nəzarət etməklə onların potensial intensivliyini müşahidə ediblər.

Tədqiqat göstərir ki, dəniz səthindəki temperaturla müqayisədə qasırğaların intensivliyini proqnozlaşdırmaq üçün okeanın yuxarı qatlarındakı istiliyin əhəmiyyəti daha vacibdir.