Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” adlı tədbir təşkil olunub.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Nəriman Nərimanov Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” adlı onlayn tədbir təşkil olunub.

<Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” adlı tədbir təşkil olunub.....

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Binəqədi rayon MKS-nin şöbə müdirləri Ş.Ağayeva, Ş.Quliyeva, Nəriman Nərimanov Xatirə Muzeyinin bələdçisi V.Salmanova və başqaları çıxış edərək Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas müjdəçisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər.

Tədbirdə Aprel döyüşlərinin şəhidləri haqqında guşənin yaradılması, bu barədə videoçarxların hazırlanaraq onlayn təqdim olunması haqda danışılıb və məktəbli oxucular şeirlər səsləndiriblər.