15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR.....

  15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış tarixi hadisədir.

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR.....
EĞİTİMCİ FƏRƏC AĞAYEV

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR.....

Bu əlamətdar gündən 29 il ötür.

Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifəsidir.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu.

İqtisadi inkişafın sarsılmaz təməlləri qoyuldu.

Artıq 2 ildir ki,

Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı işğaldan azad etdi.

Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünü tam görmək idi.

Ulu Öndər Heydər Əliyevin arzularını Cənab Prezident İlham Əliyev reallaşdırdı.

Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.

 

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi daxil oldu.

Tarixə nəzər salsaq görərik ki, 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kuliminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Həmin dövrü belə xarakterizə etmək olar:

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxili həm də xarici qüvvələr mövcud idi.

Bu qüvəllər Azərbaycanın güclənməsini istəmirdilər.

Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması müəyyən qüvvələri narahat edirdi.

Xarici təhlükələrdən isə ən mühümü ermənistan idi.

Azərbaycan torpaqlarını işğal edən ermənistan, digər tərəfdən daxili problemlər, dövlətimiz üçün mühüm təhlükə yaratmışdı.

 

Azərbaycan torpaqlarının ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Xalqda ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı.

Bu qayıdış dövlətimizi məhv olma təhlükəsindən xilas etdi.

Bu, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.

1993-cü il

iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi.

1993-cü ilin oktyabr ayında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Dövlət idarəçiliyi möhkəmləndirildi.

Siyasi sabitlik və inkişaf dövrü başladı.

 

Milli Qurtuluş Günü-rəsmi bayramlardan biridir.

Milli Qurtuluş Günü

1997-ci ilin 15-iyunundan  bayram günü kimi qeyd edilir.

1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

Beləliklə 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.